Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oilə məxsus xüsusi qurğulu "KamAZ markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

08:53

***
9:36

"Şirvan oilə məxsus mikroavtobusun qəzaya düşməsi nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan "Report"a verilən məlumata görə, həmin vətəndaşlar ambulator müayinəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.