Bu il martın 12-də Astara reydində fırtınalı hava şəÂraiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən "ŞA-274 bort nömrəli, "Yamaha-48 mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyəÂti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Kələdəhnə sahil nəzaÂrəÂti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.
DSX-nın Mətbuat Mərkəzindən Unikal.org-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidÂmətÂdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üzÂmə vasitəsinin koordinatları ötürülüb.
Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xiÂlasÂetÂmə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq səÂbəbidən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb.
Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edilÂmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov SüÂleyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilib.