Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Unikal.org nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 13-də saat 1 radələrində Xəzər rayonunun Zuğulba qəsəbəsində Bakı şəhər sakini Nihat Əliyev idarə etdiyi "KİA markalı avtomobillə yolu keçən qəsəbə sakini - 10 yaşlı Mətin Əhmədovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.