Ötən gün Daxili İşlər Nazirlyinin (DİN) "102 Zəng Mərkəz Xidmətinə Sumqayıt şəhəri 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəliblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.
Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.
Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M.Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyən edilib.
Faktla bağlı toplanmış materallar Sumayıt Şəhər Prokurorluğuna göndərilib.