Ankarada Cebeci məscidində cümə namazı qılan Türkiyənin baş nazir Binəli Yıldırım daha sonra Kutlugun prospektində kiçik sahibkarlarla görüşüb.

Unikal.org Türkiyə KİV-i xəbər verir ki, sahibkarlar tərəfindən isti qarşılanan baş nazir onlardan birinin saçını da qırxmağa vaxt tapıb.
Bununla belə, nazir yaxınlıqda yerləşən restoranların birinə də daxil olub. O, aşbazla bərabər türk pitzası bişirib.