Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı 11 aprel 2018-ci il tarixində keçirləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

YAP Qubadlı təşkilatından Unikal.org-a verilən xəbərə görə, növbəti görüş Sumqayıt şəhəri 28 May Mədəniyyət evində Qubadlı rayon seçiciləri ilə keçirilib.

Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev çıxış edərək ölkəmzidə prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. O, seçiciləri bu mühüm siyasi kampaniyada fəal iştirak etməyə və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov YAP-ın namizədi və xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər barədə geniş məlumat verib. Görüşdə həmçinin çıxış edən rayon təşkilatının üzvləri və seçicilər yekdilliklə YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.