"Təcili yardıma ödəniş edilməlidirmi?" Space Tv-nin maraqlı layihəsi olan "Olar? Olmaz!" verilişində bu dəfə də, təcili yardım stansiyası barədə veriliş tamaşaçılara təqdim edilib.

Unikal.org xəbər verir ki, Amil Xəlil stansiyanın baş həkiminin müavinini sual atəşinə tutub. Murad Rzayev isə öz növbəsində sualların heç birindən yayınmadan cavab verib. Həkimlərin pul istəməsindən , təcili yardımın gecikməsindən , xəstələrə vurulan iynədən söz açılıb. Həkimlərin xəstələr tərəfindən döyülməsinin izahını verən baş həkimin müavini vətəndaşlara da səslənib. Amil Xəlilin "bəzən gizli iynə vurulduğunu da idda edirlər?" sualına baş həkim konkret olaraq cavab verib. Verilişi sizə təqdim edirik.