İranın cənub-qərbindəki Ahvaz şəhərində (Xuzestan əyaləti) çayxanada baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yanğına qaz balonlarında baş verən güclü partlayış səbəb olub.

Yanğınsöndürənlər hadisə yerinə dörd dəqiqəyə gəliblər və bunun nəticəsində binada çıxılmaz vəziyyətdə qalan onlarla insanı xilas etmək mümkün olub. Onlar yanan çayxanadan, təqribən, 40 nəfəri çıxarıblar.