PSJ-nin futbolçusu Dani Alveş "Barselona karyerasını unuda bilmir.

Unikal.org xəbər verir ki, Alveş "Barselonanı doğma evi sayır. O, yenidən Kataloniya klubunda çıxış etməyin əleyhinə deyil. Braziliyalı müdafiəçi deyib ki, zəng gəlsə, günü sabah "Barsaya qayıdar:

"Mənə "Barselonadan ayrılmaq çox çətin idi. Çünki "Barsanın tarixinin ən güclü klubu olması yönündə mən də çox əmək sərf etmişdim. 8 ildə 23 titul qazanmışdım. Heç kimin gözləmədiyi zirvəyə yüksəlmişdik.

Klubdan ayrılarkən vida mərasimi təşkil etmək istədiklərini dedikdə, bundan imtina etdim. Çünki "Barselona mənim evim idi. Bu məntiq də deyir ki, sənin vidalşamaq üçün heç bir əsasın yoxdu. Günü sabah "Barselonaya qayıdaram, ordan zəng gəlsə.

Alveş "Barselonada 2008-2016-cı illərdə çıxış edib.