Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanına start verilib.
Unikal.org-un məlumatına görə, bu gün mərhələnin ilk oyunu keçirilib.
Sürpriz şəkildə yarımfinala qədər irəliləyən "Liverpulla "Roma final yolunda ilk duelə çıxıb. Öncəki mərhələdə müvafiq olaraq turnirin favoritləri "Mançester Siti və "Barselonanı yarışdan kənarlaşdıran komandaların mübarizəsi bol qollu olub. Meydan sahibləri 5:2 hesablı qələbəyə seviniblər.
"Qırmızıların qol "silahı Məhəmməd Salah sabiq klubuna qarşı 2 qol, 2 məhsuldar ötürmə ilə çıxış edib. "Liverpul"dan Firimino da 2 dəfə fərqlənib. "Roma"nın qollarını isə Ceko və Perotti vurub.