Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən "Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar.
Unikal.org-un məlumatına görə, həmçinin mükafatlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov iştirak ediblər.
Bakı trasında birinci yeri Lyuis Hemilton ("Mercedes) tutub. "Ferrari pilotu Kimi Raykonnen ikinci, "Force İndia komandasının təmsilçisi Serxio Peres isə üçüncü olub.
16:53
Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.
Sonra Azərbaycan Respublikasının dövlət himni ifa edilib.
Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.