"Bavariya"nın fəxri prezidenti Frants Bekkenbauer Çempionlar Liqasının yarımfinalında "Realla keçirilən oyun barədə danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Bekkenbauer "Realın "Bavariyanın zəif yeri olduğunu deyib. O, Münhen nəhənginin "Real qarşısında kompleks yaşadığını vurğulayıb:
"Qorxuram ki, bizdə "Reala qarşı kompleks formalaşıb. Son oyunda bizim onları məğlub etmək üçün əla şansımız vardı. Çünki "Real əlahiddə bir oyun göstərmədi. Ancaq bu şansdan da yararlana bilmədik.
"Real ÇL-in yarımfinalının Münhendə keçirilən ilk oyununda 2:1 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması mayın 1-də keçiriləcək.