Fransa çempionatının 35-ci turunda PSJ "Genqamla heç-heçə edib - 2:2.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, PSJ-nin hər iki qolunu Edison Kavani vurub. Uruqvaylı hücumçu bu qollarla Zlatan İbrahimoviçin adını klub tarixindən çıxarıb.

Kavani Fransa çempionatında vurduğu qolların sayını 115-ə çatdıraraq, klub tarixinin ən yaxşı bombardiri olub. O, bu göstəricidə Zlatan İbrahimoviçi geridə qoyub.

Kavani PSJ-nin heyətində bütün turnirlərdə isə 168 qol vurub. O, PSJ-yə 2013-cü ildə "Napolidən keçib.