Hollandiya çempionatında keçirilən "Vitess - "Tvente qarşılaşmasında qəribə hadisə yaşanıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Vitessin oyunçusu Navaron Foor qarşılaşmanın baş hakiminə sarı vərəqə göstərib.
Oyunun 61-ci dəqiqəsində baş hakim hücum quran "Vitessin futbolçusu ilə toqquşub. Nəticədə, təhlükəli hücumun qarşısı alınıb. Bu məqamda "Vitessin futbolçusu Foor zarafat etmək qərarına gəlib. O, cibindən sarı vərəqə çıxararaq, baş hakimə göstərib. Hakim və futbolçular bu zarafatı anlayışla qəbul ediblər. Onlar Navaronun jestinə güldükdən sonra oyunu davam etdiriblər.
"Vitess "Tventeyə 6:0 hesabı ilə qalib gəlib.