Şotlandiya Premyer Liqasının 35-ci turunda evdə əzəli rəqibi "Reyncersi 5:0 hesabıyla məğlub edən "Seltik vaxtından öncə çempionluğunu rəsmiləşdirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "yaşıl-ağların futbolçusu Mikael Lustiqin qol sevinci diqqətdən yayınmayıb. O, komandası fərqləndikdən sonra polisin papağını götürərək öz başına qoyub və qol sevincini belə qeyd edib.
İsveçli futbolçunun bu hərəkəti sosial mediada geniş müzakirə olunub.
Qeyd edək ki, "Qəbələ"nin mövsümün əvvəlində "Reyncers"dən icarəyə götürdüyü, qışda isə geri qaytardığı Endi Hallidey də bu görüşün iştirakçısı olub. Matça start heyətində çıxan şotland futbolçu sona kimi meydanda olub.