"Qalatasarayın prezidenti Mustafa Cengiz Superliqanın XXXI turunda "Beşiktaş üzərində qələbənin sevincini doyunca yaşaya bilməyib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, klub rəhbəri qəzaya uğrayıb.
Hadisə dünən gecə qarşılaşmadan sonra baş verib. Belə ki, evinə qayıdarkən Cengizin sürücüsünün idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisənin təfərrüatları açıqlanmasa da, heç kimin ciddi xəsarət almadığı vurğulanıb.
Qeyd edək ki, "Qalatasaray "Beşiktaş üzərində 2:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib.