"Realın futbolçusu Marselo "Bavariya ilə ÇL-in yarımfinalının cavab qarşılaşmasında yaranan mübahisəli epizod barədə danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ilk hissəyə əlavə edilmiş dəqiqədə top "Realın cərimə meydançasında Marselonun əlinə dəymişdi. Ancaq baş hakim Cüneyt Çakır penalti təyin etməmişdi.
Marselo həmin epizod barədə danışaraq, topun əlinə dəydiyini etiraf edib:
"Bəli, top mənim əlimə dəydi. Orda penalti var idi? Hesab edirəm ki, var idi.