İspaniya çempionu "Realın UEFA Çempionlar Liqasının yarımfinalında Almaniyanın "Bavariya klubunu mübarizədən kənarlaşdırmaqla (2:2, ilk oyun 2:1) finala yüksəlməsi Madrid təmsilçisinin ulduz futbolçusu Kristiano Ronaldo üçün də əlamətdar olub.
Unikal.org xəbər verir ki, portuqaliyalı futbolçu "Milanın sabiq müdafiəçisi Paolo Maldininin rekordunu təkrarlayıb. Belə ki, italiyalı futbolçu 6 dəfə qitənin ən nüfuzlu klub turnirində final oynayıb. Artıq Ronaldo da bu baxımdan ona çatıb. Sadəcə, Maldini həmin finalların hamısında "Milanın şərəfini qoruyub. Ronaldo isə ÇL-in finalında iki dəfə (2008 və 2009-cu illərdə) İngiltərənin "Mançester Yunayted klubunun formasını geyinib. Sonrakı finallarda isə (2014, 2016, 2017, 2018) artıq "Realın şərəfini qoruyub.