AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda futzal üzrə Yüksək Liqanın son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Futzal üzrə Yüksək Liqanın 26-cı turunun "Marafon Futsal - "Araz matçının 18-ci dəqiqəsində "Arazın futbolçusu Eduardo Borqes kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

Oyunun 18-ci dəqiqəsində "Arazın futbolçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

Oyunun 37-ci dəqiqəsində "Arazın futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

Oyunun 40-cı dəqiqəsində "Arazın futbolçusu Rövşən Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Qeyd edək ki, cəzalananlar həm də futzal üzrə Azərbaycan millisinin üzvləridi.

Futzal üzrə Yüksək Liqanın 27-ci turunun "EKOL - "Xəmsə matçında "Xəmsə" komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.