UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.

Unikal.org  Apasport.az saytına istinadən xəbər verir ki, bununla ikinci finalçının adına aydınlıq gələcək.

 Mövsümün iki sürpriz komandası final yolunda qarşılaşacaq. "Enfild Roudda böyükhesablı məğlubiyyətə düçar olan "Roma bu dəfə "Liverpulu doğma arenasında qəbul edəcək. "Canavarlar öncəki mərhələdə "Barselona üzərindəki möhtəşəm qələbəni təkrarlamaq əzmindədilər. Ancaq "qırmızıların finala yüksəlmək şansı daha çoxdu.

 Komandaların heyətlə bağlı problemləri mövcuddu. "Romada müdafiəçi Rik Karsdorp iştirak etməyəcəksə, yarımmüdafiəçi Kevin Strotman və hücumçular Dieqo Perotti ilə Qreqorye Defrelin yüngül zədəsi var. "Liverpulda isə itkilər daha çoxdu. Müdafiəçi Joel Matip, orta sahə oyunçuları Aleks Oksleyd-Çemberlayn və Əmrə Can baş məşqçi Yurgen Kloppun ixtiyarında deyillər.

 Çempionlar Liqası

Yarımfinal (cavab oyunu)

 

2 may

22:45. "Roma (İtaliya) - "Liverpul (İngiltərə)

Baş hakim: Damir Skomina (Sloveniya)

Roma, "Olimpiya stadionu

İlk oyun - 2:5