Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Unikal.org-un məlumatına görə, üçüncü yarış günündə Murad Məmmədov (60 kq) titul döyüşünə çıxıb.

O, çempionluq üçün rusiyalı Sergey Yemelinlə üz-üz gəlib. Görüşün gedişində 5:0 hesabı ilə önə keçən Məmmədov üstünlüyünü qoruya bilməyib və 5:6 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib

Yığmamızın liderlərindən olan Rəsul Çunayev (72 kq) ilk Avropa çempionluğunu rəsmiləşdirməyə çalışacaq. 4 il öncə Vantaada analoji yarışın finalında uduzan həmyerlimiz bu məğlubiyyəti unutdurmaq arzusundadı. O, həlledici qarşılaşmada Adam Kurakla (Rusiya) mübarizə aparacaq.