Çempionlar Liqasında ikinci finalçının adı məlum olub.
Unikal.org-un xəbərinə görə, yarımfinalın cavab matçında "Roma "Liverpulu qəbul edib.
Dramatik məcrada keçən görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk oyunda rəqibini 5:2 hesabı ilə üstələyən İngiltərə təmsilçisi finala yüksəlib.
"Real" - "Bavariya" matçında olduğu kimi bu oyunda da kobud hakim səhvi qeydə alınıb.Sloveniyalı referi Damir Skomina meydan sahiblərininiki penaltisini verməyib.
Qeyd edək ki,"Liverpul" mayın 26-da Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən finalda "Realla üz-üzə gələcək. "Liverpul" 10 ildən sonra, "Real" isə ardıcıl 3-cü il finalda oynayacaq.