"Arsenalın baş məşqçisi Arsen Venger Avropa Liqasının yarımfinalında "Atletiko ilə keçiriləcək cavab oyunundan əvvəl fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, Venger hələ ki, gələcək karyerası haqda düşünmədiyini deyib. O, "Arsenalla sevgi tarixini şərəflə bitirmək istədiyini vurğulayıb:

"Hələ ki, gələcəkdə nə işlə məşğul olacağımı bilmirəm. İndi yalnız və yalnız işimi başa çatdırmağa köklənmişəm.

İstəyirəm ki, "Arsenalla sevgi tariximi şərəflə başa çatdırım. Mövsüm başa çatandan sonra isə gələcək planlar haqda düşünmək olar.

Arsen Venger mövsümün sonunda "Arsenaldan ayrılacaq. Onun xidmətində bir neçə klub maraqlıdı.