Çexiyalı keçmiş futbolçu Pavel Perql intihar edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Praqa "Spartasının sabiq üzvü yaşadığı Almaniyanın Maqdeburq şəhərində həyatına qəsd edib. 41 yaşında həyatına son qoyan Perqlın bir neçə ay öncə qızı dünyaya gəlmişdi.
Keçmiş futbolçunun bir müddətdir sevgilisi ilə problem yaşadığı, məhz bu səbəbdən intihar etdiyi deyilir.
Xatırladaq ki, karyerası ərzində "Spartadan başqa, AEK, "Dinamo (Drezden), "Hapoel (Beer-Şeva) kimi komandalarda da çıxış etmiş keçmiş müdafiəçi, ötən il futbolçu karyerasını bitirmişdi.