Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 

Unikal.org-un məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə rumıniyalı Emilia Vucu məğlub edib. O, rəqibini 10:0 hesabı ilə üstələyib. Stadnik bu nəticədən sonra 7-ci dəfə Avropa çempionu olub. 

Qeyd edək ki, bu gün həmçinin Səbirə Əliyeva (76 kq) və Tatiana Omelçenko (59 kq) bürünc medal görüşünə çıxacaq.