Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cari mövsüm Gökdenizin karyerasında sonuncu olacaq. 38 yaşlı futbolçu bununla bağlı mətbuat konfransı keçirib:
"Kazanda 10 əla il keçirdim. "Rubinin formasını geyindiyim üçün şərəf duyurdum. Hiss edirəm ki, karyeram sona yaxınlaşır. Burda cəmisi 2 oyunum qalıb. "Ufa ilə qarşılaşma isə Kazanda son oyunum olacaq. Burda özümü həmişə evdəki kimi hiss etmişəm.
Mənə dəstək verdikləri üçün azarkeşlərə təşəkkür edirəm. Bütün komanda yoldaşlarıma, rəqiblərə minnətdaram. Çox ağır məqamdır. Təsəvvür etməzdim ki, bu qədər ağır olacaq.
"Rubinin baş direktoru Rustam Şaymanov bildirib ki, Gökdeniz Karadənizin 61 nömrəli forması əbədiləşdiriləcək. O, Kazan klubunda 2 dəfə Rusiya çempionluğunu, Rusiya kubokunu və 2 dəfə də Superkubokunu qazanıb.
Qeyd edək ki, Gökdeniz "Rubinin heyətində 299 oyun keçirib, 52 qol vurub.