"Çelsi klubunun keçmiş futbolçusu Frenk Lempard məşqçi olmaq niyyətindədir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi İngiltərə mətbuatına açıqlamasında məlumat verib. A kateqoriyalı məşqçi lisenziyasına malik olan Lempard yenidən futbolun içində olmaq istədiyini bildirib.
Xatırladaq ki, karyerası ərzində "Çelsi ilə yanaşı, "Vest Hem, "Suonsi, "Mançester Siti, "Nyu York Siti kimi komandalarda top qovmuş Lempard, 2016-cı ildə butslarını mismardan asıb. O, 1999-2014-cü illər aralığında İngiltərə millisinin şərəfini qoruyub.
Qeyd edək ki, Lempard karyerasını bitirdikdən sonra telekanalda çalışırdı.