"Liverpulun əfsanəvi futbolçusu Stiven Cerrardın yeni iş yeri məlum olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi Şotlandiya nəhəngi "Qlazqo Reyncersə baş məşqçi təyin olunub. Bu barədə məlumatı "Sky Sport yayıb. O, Qlazqo təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.
Cerrardın köməkçisi Qari Makkalister olacaq. 37 yaşlı mütəxəssis daha öncə "Liverpulun aşağı yaş qruplarında məşqçi kimi çalışıb.
Xatırladaq ki, "Reyncers Şotlandiya Premyer Liqasında 3-cü pillədə qərarlaşıb.