Azərbaycanın 5 sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Unikal.org xəbər verir ki, , bunlar Georgi Edişeraşvili, Hacı Əliyev, Murtuz Müslümov, Cəbrayıl Həsənov və Nurmaqomed Hacıyevdir. Edişeraşvili, Həsənov və Hacıyev 1/4 finalda ermənistanlı rəqiblərini məğlub ediblər. Hacı Əliyev türkiyəli, Murtuz Müslümov isə bolqarıstanlı rəqibindən üstün olub.
57 kq
1/2 final. Vladislav Andreyeu (Belarus) - Georgi Edişeraşvili
1/4 final. Georgi Edişeraşvili - Miqran Jaburyan (Armənistan) 10:0
1/8 final. Georgi Edişeraşvili - Mikyay Salim Naim (Bolqarıstan) - 10:0
65 kq
1/4 final. Hacı Əliyev - David Habat (Sloveniya)
1/4 final. Selahattin Kılıçsallayan (Türkiyə) - Hacı Əliyev - 2:9
1/8 final. Hacı Əliyev - Qabriel Yanatş (Avstriya) - 10:0
70 kq
1/2 final - Murtuz Müslümov - Maqomedmurad Qadjiyev (Polşa)
1/4 final. Miroslav Kirov (Bolqarıstan) - Murtuz Müslümov - 2:7
1/8 final. Murtazali Muslimov - Aleksandr Semisorov (Almaniya) - 9:8
79 kq
1/2 final. Axmed Qazimaqomedov (Rusiya) - Cəbrayıl Həsənov
1/4 final. - Varuzhan Kajoyan (Ermənistan) - Cəbrayıl Həsənov - 1:6
1/8 final. Cəbrayıl Həsənov - Rüstəm Dudayev (Ukrayna) - 8:3
97 kq
1/2 final. Nurmaqomed Hacıyev - Aliaksandr Huştin (Belarus)
1/4 final. Nurmaqomed Hacıyev - Georgi Ketoyev (Ermənistan) 3:0