Rəşad Sadıqov "Qarabağın 19 yaşadək futbolçulardan ibarət baş məşqçisi vəzifəsindən istefa verib.
Unikal.org xəbər verir ki, klubdan "Reporta verilən məlumata görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və "Qarabağın əsas komandasının kapitanı olan Sadıqov bu addımı işlərinin çoxluğu ilə əlaqədar atıb.
"Qarabağın U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, "Qarabağın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında cari mövsümdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasında ikinci yeri tutub. Ötən mövsüm isə qızıl medallara sahib çıxıb.