Ölkə kubokunun 1/4 final mərhələsində, eləcə də İkinci Liqada çıxış edən VİP FK adını dəyişdirib. Klub bununla bağlı Azərbaycan Futzal Federasiyasına müraciət edib. Federasiya klubun qarşıdakı oyunlarda "Uğur kimi adlandırılmasına icazə verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, klubun sponsoru Vüsal Hacıyev adlı iş adamıdır. Növbəti mövsümdən yüksək liqada çıxış edəcək klubun adının dəyişdirilməsi göstərişi məhz sponsor tərəfindən irəli sürülüb. Sponsorun göstərişi ilə klub bundan sonra onun oğlunun adını daşıyacaq. Klubun baş məşqçisi Fuad Rzayev Unikal.org-a danışarkən sponsor haqqında dəqiq məlumatının olmadığını desə də xəbəri təsdiqləyib: "Onun işləri ilə bağlı dəqiq məlumatım yoxdur. Tək onu bilirəm ki, özünün şəxsi ofisi və işçiləri var. Vüsal bəyin şəxsi işi ilə bağlı soruşmuram. Mənlik deyil. Kimsənin şəxsi həyatıyla bağlı soruşmayacam ki?! Klubun adının dəyişdirilməsinə səbəbi isə, onun kluba oğlunun adını qoymasıdır. Artıq bugünkü oyundan sonra klubumuz "Uğur adı ilə çıxış edəcək. Klubun baş məşqçisi heyətə dəvət alan iranlı futbolçular haqqında da danışıb: "Heyətə gətirilən iranlı futbolçular kubok oyunundan öncə heyətə dəvət olunmuşdu. Onlarla kubok oyunun finalına qədər anlaşmışıq. Gümna ki, kubokdan sonra 4-5-ini saxlayacağıq. Aldığımız məlumata görə, federasiya kubok oyunun finalını mayın 21-nə təyin etməyi planlaşdırır. Qeyd edək ki, komanda yeni adı ilə bu gün ilk oyununa çıxıb. EKOL klubu ilə qarşılaşan "Uğur FK 6:4 hesabla qalib gəlib.
Aygün İlqarqızı