Budapeştdə kempo-karate döyüş növü üzrə dünya çempionatı keçirilib. Yarışda 70-ə yaxın ölkənin idmançıları qüvvələrini sınayıblar.
Unikal.orgxəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüstəm Müslümov yarışda ölkəmizi uğurla təmsil edib. O, 80 kiloqram çəki dərəcəsində gümüş mükafata sahib olub. İdmançımız Polşa və Əlcəzair təmsilçilərini məğlub edib. İdmançımız finalda fransalı döyüşçüyə minimal hesabla məğlub olub.
Qeyd edək ki, R.Müslümov bu döyüş növü üzrə dəfələrlə respublika çempionatının və beynəlxalq turnirlərin qalibi olub.