Topaz Premyer Liqada 26-cı tura start verilib.

Unikal.org-un xəbərinə görə, turun açılış günündə bir görüş keçirilib.

"Sumqayıt" Gəncədə autsayder "Kəpəz"in qonağı olub. Ardıcıl iki oyundur məğlub olan Samir Abasovun komandası bu matçda da xal itirib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri mayın 5-i və 6-da keçirilcək.