Türkiyə Superliqasında 32-ci turun oyunlarına start verilib.
Unikal.org xəbər verir ki, turun açılış matçında ikinci pillədəki "Başakşəhər öz meydanında "Sivassporla qarşılaşıb.
Meydan sahibləri 14-cü dəqiqədə hesabı açsa da, 38-ci dəqiqədə azlıqda qalıb. 90+2-ci dəqiqədə "Sivasspor hesabı bərabərləşdirə bilib.Matçın son saniyələrində isə "Başakşəhərin futbolçusu Arda Turan bir epizodda yan xətt hakiminə sərt şəkildə etiraz edib və onu itələyib. A.Turan bu hərəkətinə görə meydandan qovulub və "Başakşəhər oyunu 9 nəfərlə tamamlayıb.
Beləliklə, görüşdən 1 xalla ayrılan "Başakşəhər lider "Qalatasarayla xalını bərabərləşdirib. Turun digər oyunları 4-5-6 mayda keçiriləcək.