"Beşiktaşın qapıçısı Tolqa Zengin karyerasını İtaliyada davam etdirə bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə "Milanın "qara qartalların qolkiperinin xidmətində maraqlı olduğu qeyd edilib.

"Rossonyerlərin türkiyəli qapıçını əvəzedici kimi transfer etmək istədiyi deyilir. Belə ki, hazırda "Milanda ikinci qapıçı olan Marko Storarinin 42 yaşı var və mövsümün sonunda karyerasını bitirəcək. "Milan məhz onun əvəzinə 37 yaşlı "Napolili Pepe Reyna və ya Zengini heyətinə cəlb etməyi planlaşdırır.

Xatırladaq ki, "qırmızı-qaraların əsas qolkiperi Canluici Donnarummadı.