Xəbər verdiyimiz kimi, Sabirabad rauon Şəhriyar kəndində traktorun qoşqusu aşaraq su kolektuna düşüb, nəticəsində 6 pambıqçı qadın ölüb.

Unikal.org əldə etdiyi məlumata görə, qəza törədən traktorun sürücüsü Xalid Əjdər oğlu Qasımovdur.

Belə ki, sürücünün vəziyyəti ağırdır. Koma vəziyyətində olan sürücü Şirvan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Famil Fərhadoğlu