Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda 6 qohumun faciəli şəkildə ölməsi barədə rəsmi məlumat yayıb.
Unikal.org-un xəbərinə görə, məlumatda bildirilib ki, mayın 7-də saat 9 radələrində Sabirabad rayonunun Şəhriyar kəndindəki pambıq sahəsinə işləməyə gedən kənd sakini Əjdər İmanovun idarə etdiyi "Belarus-892 markalı traktorun qoşqusu ayrılaraq Şorsu kanalının kollektoruna aşıb. Nəticədə qoşquda olan arvadı Məlahət İmanova, qohumları Günay Qasımova, Xəyalə Həsənova, Elnarə Məlikova, onun qızları Zəhra və Fatma suda boğulublar.
Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.