Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb.

Ermənistan mətbuatı ötən gecə Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumat yayıb. 

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb. O, məsələ ilə bağlı daha təfsilatlı məlumatı qarşıdakı saatlarda açıqlayacağını bildirib. Bəzi erməni saytları sərhəddə saxlanılan şəxslərin "Azərbaycan tərəfdən keçdiyi və onların "əsir götürüldüyü iddiasını irəli sürüblər.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdik. Mətbuat xidmətinin rəisi Vaqif  Dərgahlı erməni tərəfinin iddiasının araşdırıldığını bildirdi. Bir müddət sonra isə sorğuya cavab olaraq mətbuat xidmətindən bildirildi ki, "nazirlikdə belə bir məlumat yoxdur.