Bakının Suraxanı rayonunda bir nəfər istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Tağıyev Bəhram Qurban oğlu Suraxanı Maşınqayırma Zavodunda iş görərkən dəzgahın yanına yıxılıb.
Bədən və baş nahiyələrindən ağır xəsarət alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt araşdırılır.