Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları çarpayıdan yıxılan artıq çəkidən əziyyət çəkən şəxsi xilas edib.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1929-cu il təvəllüdlü, artıq çəkili bir nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək vətəndaşa müvafiq köməklik göstəriblər.