Bakıda aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org yenicag.az-a istinadən xəbər verir ki, mayın 8-i Koroğlu metrosunun yaxınlığında qeydə alınıb.

Qəza zamanı "Hyundai və "Vaz2107 markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Vaz markalı avtomobil yolayrıcında olan işıq dirəyinə çırpılıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

Faktla əlaqədar araşdırma aparılır.