Ermənistanın ərazisinə qanunsuz girməyə cəhd edən altı əcnəbi Banqladeş vətəndaşıdır.

Unikal.org Virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistan müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Viqen Sarkisyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Sərhəd pozucuları Banqladeş vətəndaşlarıdır. Onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinə veriliblər", - deyə Sarkisyan vurğulayıb.

O, başqa detallar barədə məlumat verməyib.

Azərbaycan Müdafiə Nazirliyi isə altı nəfər insanın Ermənistana keçidi haqda informasiyanı təsdiq etmir.

"Belə informasiya yoxdur", - deyə nazirlikdən qısaca bildiriblər.