"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Pol Poqbanı satacaqları ilə bağlı yayılan iddialara münasibət bildirib.

Unikal.org qol.az-a istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib:

"Düşünürəm ki, Poqba növbəti mövsüm də burada qalacaq. Bu, mənim fikrimdir. İstəmirəm ki, o getsin. Klub da Poqbanı satmağı düşünmür".