"Meydança məsələsi çox ciddi müzakirə olundu. "Keşlə"nin, "Zirə"nin, "Sumqayıt"ın stadionlarının ot örtüyünün dəyişdirilməsi danışıldı. Maliyyənin bir hissəsi bunun üçün ayrılacaq. Çünki futbolçuların təbii otda oynamaları çox vacibdi. Ən azından zədələrin azalması üçün buna ehtiyac var". 

Unikal.org Apasport.az saytına istinadən xəbər verir ki, bu sözlər AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasından sonra media nümayəndələrinin qarşısına çıxan, Azərbaycan yığma komandasının baş məşqçisi Qurban Qurbanova məxsusdu.


Ot örtüyünü dəyişdirəcək şirkətlərin adlarının açıqlanmadığını deyən 46 yaşlı mütəxəssis prosesin yaxın günlərdə başlayacağını sözlərinə əlavə edib: "Ot örtüyünü dəyişdirəcək şirkətlər barədə bir şey deyilmədi. AFFA prezidenti Rövnəq Abdullayev stadionlarda ot örtüyünün dəyişdirilməsinə dair tapşırıq verdi və qərarı təsdiqlədi. Yəqin ki, yaxın zamanda bu prosesə start veriləcək".