Mövsümün sonunda "Mançester Sitidən ayrılacaq Yaya Ture karyerasını "Barselonada davam etdirmək istəyir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə fil dişi sahilili futbolçu xarici mətbuata açıqlamasında məlumat verib. O, vaxtilə şərəfini qoruduğu komandada çıxış etmək isədiyini deyib:
"Barselonaya geri dönmək istəyirəm. Məni istəsələr, yüz faiz "Barsanı seçərəm. Lionel Messi, Andres İnyesta ilə oynamaq üçün darıxmışam. "Barselona karyeramın ən önəmli komandası idi. Orda çox şey öyrəndim və təcrübə qazandım.
34 yaşlı futbolçuya İnyestanın yayda "Barsadan ayrılacağı xatırladıldıqdan sonra isə "Ona mesaj göndərməliyəm. Çində və ya başqa bir yerdə qarşılaşa bilərik cavabını verib.
Xatırladaq ki, Ture 2007-2010-cu illər aralığında "Barselonada top qovub. O, 2010-cu ildən MS-nin uğurları üçün çalışır.
Yarımmüdafiəçi cari mövsümdə şans qazandığı 17 oyunda 2 məhsuldar ötürməyə imza atıb.