Roberto Mançini "Zenitdən ayrılır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında qarşılıqlı razılıq əldə edilib. İtalyan mütəxəssis bazar ertəsinə qədər formal xarakter daşıyan məsələləri də həll etdikdən sonra, onun "Zenitdən ayrılacağı rəsmiləşəcək.

Bundan 48 saat sonra - çərşənbə günü isə Mançini İtaliya yığması ilə müqavilə bağlayacaq. O, İtaliya yığması ilə 2 illik anlaşmaya imza atacaq.

Nəticələr qənaətbəxş olsa, onunla müqavilə Avro-2020-dən sonra uzadılacaq. Məlumata görə, Mançininin yığmada illik məvacibi 2 milyon avro olacaq. O, uğurlu nəticəyə görə, bonus da alacaq.