Braziliya yığması DÇ-2018 ərəfəsində olduqca ciddi itki ilə üzləşib.
Unikal.org xəbər verir ki, yığmanın PSJ-də oynayan futbolçusu Dani Alveş DÇ-də iştirak edə bilməyəcək. Müdafiəçi ağır zədə alıb.
Onun diz bağlarının zədələndiyi bildirilir. Alveş Fransa kubokunun finalında zədələnib. Müayinədən sonra məlum olub ki, Alveşin DÇ-yə qədər zədəsini bərpa etmək şansı olduqca azdı.
Dani Alveş Braziliya yığmasında 100 oyun keçirib, 7 qol vurub.