"Mançester Siti" futbol komandasının braziliyalı qapıçısı Ederson Ginnesin "Rekordlar" kitabına düşüb.
Unikal.org xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.
Məlumata görə, qapıçı məşq zamanı topu 75,35 metr məsafəyə atmaqla yeni rekorda imza atıb. Qeyd edilir ki, Ederson belə uzun məsafəli zərbəni üçüncü cəhddə yerinə yetirə bilib.
Daha əvvəl komanda özü İngiltərə premyer liqasında bir çempionatda qələbələrin və xalların sayına görə, həmçinin klub bir mövsümdəki qolların sayına görə rekorda imza atıb.