Azərbaycan Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı bəlli olub.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, turda ən yüksək göstərici "İnter Arenada qeydə alınıb. Cəmi 2000 tamaşaçı "Keşlənin çempion "Qarabağı darmadağın (3:0) etdiyi matçın canlı şahidi olub.

Ən aşağı göstərici isə Mərdəkanda, "Dalğa Arenada qeydə alınıb. Burda keçirilmiş "Neftçi - "Səbail qarşılaşmasını (3:1) cəmi 500 azarkeş izləyib.

Digər oyunlardan Sumqayıtda keçirilmiş "Sumqayıt - "Qəbələ matçında (0:2) 1300, Zirə İdman Kompleksinin stadionunda baş tutmuş "Zirə - "Kəpəz oyununda (2:1) isə 1110 azarkeş qeydə alınıb.

Ümumilikdə, turun 4 oyununu 4910 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1227 nəfər deməkdir.