Ağdaş rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 "VAZ 21099 və "NİVA markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi rayon Xəstəxanasına aparılıb. Hadisə yeni baş verdiyi üçün yaralıların adları hələ ki, məlum deyil.

 Faktla bağlı araşdırma aparılır.